525.Az

Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - Video


 

Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - <b style="color:red">Video</b>

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib", - deyə qeyd olunub.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.




 





31.10.2020    çap et  çap et