525.Az

Xalq yazıçısı Anar Türkiyədəki təbii fəlakətlə bağlı başsağlığı verdi


 

Xalq yazıçısı Anar Türkiyədəki təbii fəlakətlə bağlı başsağlığı verdi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar oktyabrın 30-u Türkiyənin İzmir şəhərində baş verən şiddətli zəlzələylə bağlı həmkarları - Türk Ədəbiyyat Vəqfinin başqanı Sərhəd Kabaklı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, İLESAM-ın sədri Mehmet Nuri Barmaqsız, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) başqanı Yəhya Akenginə məktub yollayıb.

Məktubda fəlakətdə həyatını itirənlərlə bağlı başsağlığı verən yazıçı yaralılara şəfa arzulayıb:

"Qardaş Türkiyənin Ege bölgəsində baş verən, xüsusən İzmir şəhərində ağır tələfatlarla nəticələnən təbii fəlakət- zəlzələylə bağlı xəbərləri dərin kədər və təəssüf hissiylə izləyirik. Dağıntılar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyir, yaralıların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirik. Türk xalqının kədəri kədərimizdir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir! Tanrı xalqlarımızı qorusun!"

Şahanə MÜŞFİQ

 





31.10.2020    çap et  çap et