525.Az

İlhamın gülüşü - Xalq şairi Fikrət Qocadan iki şeir


 

İlhamın gülüşü - <b style="color:red">Xalq şairi Fikrət Qocadan iki şeir </b>

İlhamın gülüşü

Paşinyanın beynində,
Bir səs onu izləyir.
Səsdən gizlənə bilmir,
Nə yazıq ki, dərdini,
Hamıdan da gizləyir.
Sərhədi yox səsin də.
Gizlənməyə yer tapmır,
Bütün yer kürəsində.
"Sən deyirdin Paşinyan...
Get, get cəhənnəmə yan".
Paşinyanı yandıran
İlhamın gülüşüdü.
Cəhənnəmin dibində,
O gülüşdən üşüdü.
Paşinyan sığınası,
Nə bir od var, nə ocaq.
Bu gündən belə ona,
Təbib gərəkdir ancaq.

14.11.2020

Müharibə qurtardı
   
Müharibə qurtarıb,
Bunlar da susa barı...
Sahibinin qulları,
Köhnə zibilliklərdə,
Hələ zibil eşirlər...
Köhnə alaqlar, otlar,
Dınqılı Don Kixotlar,
Hələ də döyüşürlər...
Tez - tez yer dəyişirlər...
Söz ilə deyişirlər...
Düşüklər danışdıqca,
Hələ özlərindən də
Aşağıya düşürlər...
 
Əsl insan dilində,
Müqəddəsdir hər söz də.
Mərd sözünü deməyə,
Həmişə güc var bizdə.

15.11.2020

 





18.11.2020    çap et  çap et