525.Az

Teledərslərin noyabrın 20-nə olan cədvəli açıqlandı


 

Teledərslərin noyabrın 20-nə olan cədvəli açıqlandı<b style="color:red"></b>

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (“https://video.edu.az/”), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

 





19.11.2020    çap et  çap et