525.Az

Beynəlxalq təşkilat rəhbərləri Fəxri və Şəhidlər xiyabanlarında - Foto


 

Beynəlxalq təşkilat rəhbərləri Fəxri və Şəhidlər xiyabanlarında - <b style="color:red">Foto</b>

Noyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva həmkarları TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, eləcə də  Milli Məclisin deputatı Cavanşir Feyziyev Birinci Fəxri xiyabana gedərək, Azərbaycanın zəngin dövlətçilik tarixində xüsusi yeri və rolu olan ümumilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

525.az xəbər verir ki, daha sonra beynəlxalq təşkilat rəhbərləri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların məzarlarını və türk şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlik kitabəsini ziyarət edib, üzərinə qərənfillər düzüblər.

 

 





20.11.2020    çap et  çap et