525.Az

AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim


 

AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim <b style="color:red"></b> Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə onlayn təlimə start verilib.

525.az xəbər verir ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində olan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgə keçirilir.
 
Onu da qeyd edək ki, təlim əsasən “biznesin idarə edilməsi” və “menecment” ixtissları üzrə bakalavr təhsili səviyyəsində təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.

Zoom proqramı vasitəsi ilə keçirilən təlim 2 gün davam edəcək.




 





20.11.2020    çap et  çap et