525.Az

Şəhid portretlərindən ibarət sərgi keçirildi - Fotolar


 

Şəhid portretlərindən ibarət sərgi keçirildi - <b style="color:red">Fotolar</b>

Qarabağ müharibəsi veteranı, rəssam Şəmsəddin Böyükdüzlünün əsərlərindən ibarət rəsm sərgisi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın Qarabağ müharibələrində şəhid olan hərbçilərin portret əsərləri təqdim edilib.

Sərgi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsüdür və Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunub. Sərgidə şəhid ailələri də iştirak edib.


“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihənin rəhbərləri: Elnurə və Aygün İsgəndərovalardır.


Qeyd edək ki, Şəmsəddin Böyükdüzlü özü də 1990-1993-cü illərdə Ağdərə və Kəlbəcərdə döyüş yolu keçib. Bu səbəbdən, əsərlərinin də bir hissəsinin motivi də müharibə, vətənpərvərlik və mənzərə ilə bağlıdır. 



Aytac Aslan

 





20.11.2020    çap et  çap et