525.Az

Rəşad Məcidin şeirləri Gürcüstan ədəbiyyat portalında


 

Rəşad Məcidin şeirləri Gürcüstan ədəbiyyat portalında<b style="color:red"></b>

Gürcüstanın populyar "1 TV. Eleqtroliti" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı virtual aləmdə" layihəsi çərçivəsində, tanınmış Azərbaycan şairi Rəşad Məcidin gürcü dilinə tərcümə olunmuş "Su", "Dəniz", "Sakitlik", "Günah", "İndi", "Ləkə" və digər şeirlərinin yayımına başlayıb.

525.az xəbər verir ki, şeirləri gürcü dilinə İmir Məmmədli tərcümə edib. İ.Məmmədli şeirlərlə bağlı təqdimat yazısı da yazıb. O, bu təqdimat yazısında Rəşad Məcidin yaradıcılığındakı sadəlikdən və poetiklikdən danışıb.

Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin aylıq elektron portalı olan "1 TV. Eleqtroliti" 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayımına üstünlük verir. Gürcüstan oxucuları bu portalda Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer, Peter Handke, Con Maksvell Kutzee kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə də tanış ola bilərlər.

 





20.11.2020    çap et  çap et