525.Az

Tarixdə erməni yanğınları, erməni cinayətləri - Araşdırma


 

Tarixdə erməni yanğınları, erməni cinayətləri - <b style="color:red">Araşdırma</b>

Kəlbəcəri dinc yolla boşaltmaq məcburiyyətində qalan ermənilər bu dəfə daha böyük qətliama başladılar:yəni ağacları kəsdilər, öz həyətlərindəsaxladıqları heyvanları öldürdülər, neçə ildir qeyri-qanuni olsa da, yaşadıqları evləri yandırdılar vəs.Yəni əslində onlar bu davranışları ilə bəşər tarixində uzun müddətdir qeydə alınmayan cinayətləri törətdilər.

Bəs ermənilərin bu nifrət doğuran davranışları haradan qaynaqlanır? Niyə onlar  insan  məskənlərini yandırıb xaraba qoymağa meyillidirlər?(Bu gün işğaldan azad olunan bölgələrimizdə biz bunun bir daha şahidi oluruq).

Gəlin bəzi tarixi faktlara diqqət edək( bu sadaladığım məlumatları arxiv  sənədləri də təsdiq edirəm).

1. Birinci Dünya müharibəsi dövründə erməni yanğınları

Birinci Dünya savaşı illərində(1914-1918) ermənilər “könüllülər” adı ilə silahlanıb çar Rusiyası ordusunun tərkibində Osmanlı Türkiyəsinə qarşı savaşırdılar.Rusiyanın Hərbi-Tarix Arxivinin sənədləri sübut edir ki,1915-ci ildə Türkiyənin Van,Qars və digər bölgələrində türk vətəndaşalrının evlərini məhz həmin ermənilər yandırırdı.Hətta bir rus zabiti özünün raportunda(məlumatında) ermənilərin bu vəhşiliyinin qarşısının alınması vacibliyini bildirir(bax: Rusiyanın Hərbi Tarix Arxivi,Fond 2100, siyahı 1; N.Yaqublu, “Ermənilər türklərə qarşı”,B.,2013).

2. 1918-ci ilin 31 Mart soyqırımında erməni yanğınları

1918-ci ilin 31 Mart soyqırımında ermənilər dinc insanlarımızı amansızlıqla qətlə yetirməklə yanaşı yenə öz “ənənələrinə” sadiq qalıb evləri yandırırdılar.O dövrdə Bakı şəhərinin ən gözəl arxitektura binası sayılan İsmailliyyə binasını(bu binanı milyonçu M.Nağıyev 1907-ci ildə inşa etdirmişdi və memarı polyak Y.Plyoşko idi)  və o binadan bir qədər aralıda yerləşən(indiki Sabirin heykəlinin yerində) “Kaspi” mətbəəsini də yandırmışdılar.Bundan sonra çoxlu sayda evləri də yandıran ermənilər  Azərbaycanın digər bölgələrində-Qubada, Şamaxıda və digər bölgələrimizdə də belə cinayətkar əməllərini davam etdirmişdilər(bax:Azərbaycan arxivləri).

1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin yaradılması ərəfəsində və onun fəaliyyətininn ilk illərində Andronikin və Nijdenin terrorçu dəstələri,xüsusən, Zəngəzurda  dinc insanları qətlə yetirir,onların evlərini yandırırdılar.Sonradan çümhuriyyətimiz dövründə onların bu qətliamlarının qarşısını almaq mümkün oldu(bax: Azərbaycan Cümhuriyyəti dövrünün sənədləri; N.Yaqublu,”Cümhuriyyət Qurucuları”, B.,2018).

3. 1967-ci ildə ermənilər Xankəndində iki azərbaycanlını yandırır

Ermənilər 1967-ci ilin iyul ayının 3-də Xankəndində çaxnaşma yaradıb, azərbaycanlıları buradan qovmaq istəyirdi. Bundan ötrü onlar hər cür təxribata əl atırdı.

1966-cı il oktyabr ayının 22-də erməni daşnakları Martuni rayonunun Qarakənd kəndindəki S. M. Kirov adına kolxozun aqronomu Benik Movsesyan adlı bir erməninin 8 yaşlı oğlu Nelsonu xüsusi amansızlıqla qətlə yetirdilər. Sonra onun cəsədini aparıb əsasən azərbaycanlılar yaşayan və Ərşad Məmmədovun direktoru olduğu Kuropatkino kəndi ərazisinə atdılar (qeyd edək ki, Beniklə Ərşadın yaxın dostluq münasibətləri var idi). Erməni qatillər Beniki inandırmaq istəyirdilər ki, uşağın qatili Ərşad və qohumu Ələmşaddır.Bu işə maliyyə sərf edən erməni daşnaklar Moskvaya, Yerevana, dünyanın müxtəlif ölkələrinə məlumatlar yayıb, azərbaycanlıları qatil kimi təqdim etməyə başladı.Saxta cinayət işi əsasında Ərşad Məmmədov, Ələmşad Məmmədov və Söhrab  Məmmədov həbs edildi. Həbsxanada onlara işgəncələr verilib, zorla cinayəti qəbul etdirdilər.1967-ci ilin iyunun 12-də başlanan məhkəmənin son iclası iyulun 3-də Stepanakert (Xankəndi) şəhərində çağırıldı. Məhkəmə prosesi M. Əzizbəyov adına Mədəniyyət və İstirahət parkının yay zalında keçirildi. Səkkiz mindən çox erməni məhkəmə prosesini izləmək üçün binaya toplaşmışdı.Məhkəmənin qərarı ilə Ələmşad Məmmədov güllələnməyə məhkum edildi.Ərşad Məmmədova on beş il həbs cəzası verildi, Söhrab Məmmədov isə bəraət aldı.Bu qərardan sonra ermənilər zala hücum etmiş, Ələmşad və Ərşadı öldürmüş, Söhrabın olduğu dustaq maşınına od vurub yandırmışdılar.Sonra Ərşadın və Ələmşadın cansız meyitlərinə bıçaqla, ağacla zərbələr vurub, ayaqları ilə tapdaladılar.Yandırılmış maşından Söhrabın meyidini məftillə sürüyüb, o biri iki meyidin yanına qoyub, üzərlərinə benzin tökərək od vurdular.Yerli hökumət və dövlət adamları bundan sonra yanan meyidləri söndürdülər.

Bu cinayətlə bağlı yetmiş üç nəfər məsuliyyətə cəlb edilsə də, sonradan onlardan əlli üç nəfəri azadlığa buraxıldı. Qalan cinayətkarlara isə iki ildən on beş ilə qədər cəza verildi.Sonradan  həmin uşağı oğurlayıb öldürənin ermənilərin özləri olduğu bilindi. Azərbaycanın hökumət rəhbərləri isə buna qarşı təsirli tədbirlər görə bilmədi(Bax: N.Yaqublu, “Azərbaycan Milli Azadlıq Hərəkatı ensiklopediyası”, B., 1918).

4. 1992-ci il Xocalı soyqırımı.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər dinc əhaliyə qarşı soyqırım törədib 613 nəfər insanımızı qətlə yetirir.Eyni zamanda Xocalıdakı evləri yandırıb xaraba vəziyyətə qoyurlar.(Bax: N.Yaqublu, “Xocalı Soyqırımı”, B.,1992)

5. 2020-ci il 11-20 noyabr.

Ermənilər Kəlbəcər və Ağdamı boşaldarkən yenə evləri yandırır, maddi mədəniyyət abidələrini dağıdır, hətta ağacları kəsir və s.İşğal etdikləri Ağdamdan çıxmaq məcburiyyətində qalan,vəhşiliklər törədən ermənilərdən biri isə həm evini, həm dükanını yandırır “türklərə qalmasın”- deyir.

Bax budur əsrlər boyu dəyişməyən əsl erməni siması

 





20.11.2020    çap et  çap et