525.Az

Azərbaycan renessansının vətəni - Şuşa


 

Azərbaycan renessansının vətəni - <b style="color:red">Şuşa</b>

Sosial şəbəkədə yazılanlar 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Prezidentin istifadə etdiyi AZCAN SENTRY APC avtomobili də özümüzünküdür. Azərbaycan-Kanada birgə müəssisəsinin istehsalıdır. Motor 6.7, 362 at gücü. Şüşələrindən tutmuş hər yeri zirehlidir, gecə-gündüz görmə sistemləri, kameralarla təchiz olunub. Əsasən sifarişlə, xüsusi təyinatlılar və hərbi məqsədlər üçün hazırlanır.

Müharibə zamanı, xüsusi hallarda mobil komanda məntəqəsi olaraq fəaliyyət göstərə bilir.

Hazırda DİN-nin arsenalında istifadə edilir.

Nərgiz İsmayılova, yazıçı:

- ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza: "Bu, Ermənistanın tarixində ən böyük məğlubiyyətdir və bəlkə də, Ermənistanın bu məğlubiyyəti həzm etməsi onilliklər çəkəcək. Bu, təkcə Ermənistanın yox, həm də 18-ci əsrdən Türkiyəni bu coğrafiyaya buraxmayan Rusiyanın diplomatik məğlubiyyətidir, rus silahlarının İsrail və Türkiyə silahları qarşısında məğlubiyyətidir. Rusiya Ermənistana məhdud sayda yardım edərsə belə, bundan sonra Ermənistan Azərbaycanın dağıdıcı gücü qarşısında heç vaxt müharibə edə bilməyəcəyini anlayır. Paşinyan və Arutunyan sadəcə özlərini fiziki məhvdən qurtarmağa çalışırlar. Kəlbəcərdə evlərini yandıran, heyvanları qıran ermənilər həmişəlik məğlubiyyəti dərk edirlər və onlar Tanrıya şükür etməlidirlər ki, sağ qalıblar və Azərbaycan onlara toxunmadı. Artıq Azərbaycanın böyük üstünlüyü var və hər kəs bütün Qarabağın Azərbaycana aid olduğunu qəbul edir və əvvəllər olduğu kimi heç kim Azərbaycanı daha aqressor hesab etmir. Ən böyük hərbi və diplomatik qalib Azərbaycandır, Türkiyədir. Türkiyə Ordusu Azərbaycanda olacaq və bunun üçün heç kim Rusiyadan icazə almayacaq.

Günel Mövlud, yazıçı:

- Şuşa ilə nə etməli?

Birincisi, Şuşa ilə bağlı "gedək, Cıdır düzündə kabab çəkək" tipli vizyonsuz, bayağı, hedonist arzular yığışdırılmalıdır. Şuşa restoran, yeməkxana deyil. Azərbaycan renessansının vətəni, tarixi kültür mərkəzidir. "Məclisi-üns"ün, "Məclisi-Fəramuşan"ın vətənidir. Klassik ədəbiyyatımızda dörd qadın ədib varsa, üçü Şuşadan çıxıb. Tariximizda ikicə dəfə qadının əlinə pul düşüb (Xurşidbanu Natəvan və Həmidə xanım Cavanşir) ikisi də şuşalı olan bu qadınlar əllərindəki pulla məktəb açıb, uşaq oxutdurub, su çəkdirib, yetim sevindiriblər.

Şuşanın kültür mərkəzi statusu bərpa edilməlidir. Fransız dili məktəbləri, ədəbi çevrələr, ədəbi mükafatlar, ədəbi residensiyalar olmalıdır. Yazarsan, apply elə, Şuşada residensiya qazan, get otur orda bir il, romanını yaz. Musiqi məktəbləri açılmalıdır. Muğama kifayət qədər skeptik olsam da, lap elə muğam məktəbləri də açılmalıdır. Xalçaçılıq məktəbi və muzeyi təsis edilməlidir. Hər il Şuşada ədəbi, musiqi, teatr festivalları keçirilməli, Şuşa mədəniyyət, incəsənətlə dolub-daşmalıdır.

Torpağa sahib çıxmaq bəs deyil. Şuşanın kültür irsinə, kültür ənənəsinə da sahib çıxmaq lazımdır. Brendləşdirmə, PR mütəxəsisləri cəlb edilməli, bütün bir komanda işləməlidir bu kültür irsinin üstündə.

Əminə Yusifqızı, Əməkdar jurnalist:

- "Xəzər" televiziya kanalında Əməkdar jurnalist İradə Tuncayın söhbətinə həvəslə qulaq asdım. Bu xanım səmimiyyəti, rəngsiz-boyasız danışığı ilə həmişə diqqətimi çəkib. Lazım olan məqamları insana elə ustalıqla çatdırır ki, heç ruhun da incimir. Elə indiki verilişdə də o qədər ürəyəyatımlı fikirlər söyləyirdi ki...

Sahib Məmmədov, hüquq müdafiəçisi:

- Rusiya prezidentinin Qarabağla bağlı intervüsünün iki hissəsinə baxdım. Bir daha mümkün olmayanı reallaşdırdığımıza əmin oldum. Hərbi və diplomatik uğurun miqyası dərk etdiyimizdən daha böyükdür. Tarixi nailiyyət və tarixi qələbə. Allah şəhidlərimizə rəhmət eləsin.

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Şuşa ilə bağlı maraqlı, lakin qətiyyən bilinməyən bir məlumat. Çoxumuz elə bilirik ki, iydə ağacı təkcə Aran bölgələrində, Abşeronda olur, ancaq Şuşa şəhərini salarkən azərbaycanlılar buraya sırf zövqləri naminə, şəhərsalma ənənəsi kimi dekorativ məqsədlə iydə ağacları gətirib əkiblər. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə sırf çiçəkləri və xoş qoxusu üçün əkilən Şuşanın iydə ağacları...

Səlim Babullaoğlu, şair:

- Olqa Skobeyeva 2013-cü ildə ermənilərin əleyhinə və qəzəbinə səbəb olan reportaj hazırlayıb, görünür, sonradan alıblar onu. Yevgeni Popov da Ukraynada persona non-qratadır. Bunları niyə yazıram. Hesab edirəm ki, biz xüsusən rus mətbuatı ilə ardıcıl işləməmişik, ermənilər isə bunu həmişə ediblər; rus ictimai fikrinə təsir məsələsinə münasibətdə bizdən qat-qat irəlidə olublar.

Xatırlayıram, illər əvvəl rus ədəbi mühitinin, indi isə həm də jurnalistikasının tanınmış, gənc simalarından birini Bakıya dəvət etmişdim. Bir neçə vacib material da hazırlamışdı. Sonradan bizim maliyyəçilərdən və məmurlardan bir neçəsinə dedim ki, bu adamla işləmək, vaxtaşırı onu dəvət etmək, fəaliyyətini stimullaşdırmaq lazımdır. Bizimkilər əksinə, mənim bu əlaqələrimi müəyyən dərəcədə qısqandılar, bəziləri sənin işin-gücün yoxdur dedilər. Amma rus mətbuatını, mühitini həssaslıqla izləyən ermənilər o adamın bizə yaxınlaşa biləcəyini hiss edib onu Qarabağa dəvət etdilər, onu bir növ tələyə saldılar, bizim əlimizdən aldılar, biz həmişə olduğu kimi ya gecikdik, ya laqeyd olduq, ya da qısqandıq. O qədər işlər var ki... ancaq susmaq qalır...

Azad Əliyev, jurnalist:

- Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti German Zaxaryayev Şuşanın küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının verilməsini təklif edib. Əla təklifdir!

Eynulla Fətullayev, jurnalist: 

- "ABŞ Azərbaycanla Ermənistan arasında müharibə alovunu qızışdırır" (Rusiya Kəşfiyyatının rəhbəri Sergey Narışkin).

Asif Nərimanlı, jurnalist:

- Ermənilər Kəlbəcərdə qəbirləri niyə eşir? Ermənilərin Kəlbəcərdən çıxarkən, qəbirləri də eşib ölülərini daşıması suallar yaratdı: Bir insan, yaxud xalq öz ölüsünü niyə qəbirdən çıxarır?

Bunun ilk səbəbi yaxınını dəfn etdiyi torpağın onun olmadığını anlamasıdır. Onlar qayıtmayacaqlarını bildikləri üçün arxalarında heç nəyi buraxmırlar.

Amma nə olur-olsun, kütləvi şəkildə qəbirlərin eşilməsi daha çox hannibalizmə uyğun gəlir və bu, ermənilərin tarixdə hannibbalizmə meylli olmalarına dair faktları yada salır. Bu haqda hətta erməni mənbələrində də yazırlar.

"Ermənilər təqribən 326-408 qram ağırlığında adam ətini 100 dükana satırdılar. Hətta adam ətini konservləşdirilmiş halda da satırdılar". (Armənskie istoçniki o monq).

Məşhur sovet bioloqu Lev Zilberin 1930-cı illərdə Qarabağda taunla mübarizə aparmasına dair xatirələri bu kontekstdə maraqlıdır.

Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili şəkildə Lev Zilberi çağırır. Artıq gecə saat 04:00-da professor lazımi avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyat adlandırdı.

"Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər", - deyə o bildirir.

Zilberi erməni qəbiristanlığa aparırlar. O, məşəllərin işığında 10-a qədər təzə qəbiri açır. Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.

"Açdığımız üçüncü qəbir qadına məxsus idi. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə. Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar", - deyə Zilber yazır.

Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb. Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, Qarabağda yaşayan erməni əhalisi arasında bir inanc mövcuddur:

"Əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa, deməli, digər doğmaları da "aparmağa gələcək". Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbrin üstündə yulafı yeməsə, deməli, həmin ölü canlıdır və qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə, ölümdən xilas olurlar".

Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır.

Hadrutda baş verən bu hadisə erməni hannibalizminin XX əsrdə qeydə alınan əsas nümunəsidir.

1977-ci ildə "Lenfilm" kinostudiyası Hadrut taunu mövzusuna çəkdiyi filmdə də erməni hannibalizmindən bəhs olunur. Ermənilərin hannibalizmə yoluxmasının tarixi haqqında da müəyyən versiyalar var. Əsas versiyaya görə, onlar vaxtilə Hindistanda mövcud olan və hələ bu gün də insan əti ilə qidalanan tayfaların arasında yaşayıblar. Sonradan qərbə köç edərkən, hannibalizm ənənələrini Qarabağa qədər də gətiriblər.

Umberto Eko "Qızılgülün adı" əsərində yazır ki, orta əsrlərdə erməni kilsəsində hannibalizm yeres (yanlış etiqad) səviyyəsində olub.

İndi Kəlbəcərdə qəbirlərin eşilməsi, cəsədlərin daşınması onların təkcə qayıtmayacaqlarını bildikləri üçün deyil, tarixi ənənələrindən də qaynaqlanır.

 





20.11.2020    çap et  çap et