525.Az

“Rusiya Qarabağla bağlı üçtərəfli razılaşma haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib”


 

“Rusiya Qarabağla bağlı üçtərəfli razılaşma haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib”<b style="color:red"></b>

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırırlar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

"Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivsəində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır", - deyə Rusiya müdafiə naziri vurğulayıb.

 





20.11.2020    çap et  çap et