525.Az

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi


 

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi<b style="color:red"></b>

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 20-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən 525.az-a bildirilib ki, proqramda heyvandarlıq mütəxəssisi, avtomatika üzrə usta, kompüter operatoru, dizayner, geyim üzrə dizayner, turizm təşkilatçısı, aqroservis mütəxəssisi, avtomobillərin təmiri çilingəri və avtomobil sürücüsü ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

 





20.11.2020    çap et  çap et