525.Az

Bu sahələrdə həftəsonu yerində xidmət dayandırılıb


 

Bu sahələrdə həftəsonu yerində xidmət dayandırılıb<b style="color:red"></b>

Bu gündən noyabrın 23-ü saat 06:00-dək bütün ölkə ərazisində həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

525.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

 





21.11.2020    çap et  çap et