525.Az

Şənbə və bazar bərbərxana və gözəllik salonları işləməyəcək


 

Şənbə və bazar bərbərxana və gözəllik salonları işləməyəcək<b style="color:red"></b>

Bu gündən noyabrın 23-dək bütün ölkə ərazisində bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılıb.

525.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, o cümlədən bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılıb.

 





21.11.2020    çap et  çap et