525.Az

Sergey Şoyqu və Lavrov Ermənistana gedib - Yenilənib


 

Sergey Şoyqu və Lavrov Ermənistana gedib - <b style="color:red">Yenilənib</b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkənin qurumlararası nümayəndə heyəti ilə birlikdə Ermənistana gedib.

525.az xəbər verir ki, bu barədə “Sputnik”ə nümayəndə heyətindən məlumat verilib.

Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfər edəcəyini bildirmişdi.

***

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

525.az-ın məlumatına görə, Ermənistanın Nazirlər Kabinetindən TASS-a bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.

 





21.11.2020    çap et  çap et