525.Az

Ailə üzvləri şəhid portretlərindən danışdı - FOTOLAR


 

Ailə üzvləri şəhid portretlərindən danışdı - <b style="color:red">FOTOLAR </b>

Xəbər verdiyimiz kimi, dünən Birinci Qarabağ müharibəsi veteranı,  rəssam Şəmsəddin Böyükdüzlünün əsərlərindən ibarət rəsm sərgisi keçirilib. Rəssam sərgi zamanı çıxışında şəhidlərimizin portretini çəkib ailə üzvlərinə bağışlamaqla az da olsa, onların yaralarına məlhəm olduğunu vurğulayıb. Sərgidə vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri də iştirak edib.

Biz də öz növbəmizdə şəhid olan qəhrəmanların qardaşları, oğulları, ailə üzvlərinin sərgi ilə bağlı ilk təəssüratlarını, həmçinin portretlərə baxdıqda nə hisslər keçirdiklərini soruşduq.

Orucov Zabil, Polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun qohumu:

“Ailəsinə zəng edib dəvət ediblər. Biz də gəldik. Bu rəsmləri çəkən Şəmsəddin bəyə təşəkkür edirəm. O şəkillərə ürəyini qoyub. Şəkillərdə Qarabağın azadlığını görürük. Bu gün onların ruhları şaddır, döyüşdüyü torpaqlar düşmən işğalından azad olunub. Bu gün bütün Azərbaycan şəhidlərinin ruhu şaddır. Bütün şəhidlər ailəmizdən, canımızdan bir parçadır.



Uşaqlar, rəssamlar bu gün oğullarımızın təsvirini bu tablolar üzərində yaradırlarsa, deməli onların qəlbində şəhidlərin yeri var. Azərbaycan xalqı və dünya durduqca şəhidlər bizim qəlbimizdə yaşayacaq. Onlar zəfərimizi yazan ilk insanlardır.

O vaxt məğrur, gözyaşları ilə qayıdan xalq indi qələbə doğma torpaqlarına qayıdır. Daha doğrusu mən millətimə qəhrəman xalq deyərdim. Onlar vaxtilə Birinci Qarabağ müharibəsində də əliyalın, silahsız, təminatsız düşmənə qarşı mübarizə aparıb. 28 il sonra bizə zəfər yaşadan əsgərlərimiz şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu".
 
Mirzəyev Süleyman. Milli Qəhrəman Murad Telman oğlu Mirzəyevin qardaşı:



“İlk dəfə rəssam şəkli internetdə paylaşanda görmüşdüm. Onunla əlaqə saxladım, təşəkkürümü bildirdim. Çox sağ olsun, şəhidlərimizin portretlərini çəkir. Özü ilə görüşəndə dedi ki, şəkilləri şəhid ailələrinə təqdim edəcəm. Sərgi keçiriləndə, sizi də dəvət edəcəm. Dünən zəng edib sərgi olacağı barədə məlumat verdilər. Onun şəklini hər yerdə görürəm. Fəxr edirik! O, tək mənim deyil, bütün Azərbaycanın qardaşıdır!”

Elvin Mirzəyev. Şəhid polkonik İlqar Anzor oğlu Mirzəyevin oğlu:

“Hardasa 1 ay bundan qabaq Şəmsəddin müəllim dedi ki, atanızın şəkli hazırlanır. Dünən mənə zəng gəldi və sərgi keçiriləcəyi barədə məlumat verildi. Eşidəndə çox sevinmişdim. Daima bu şəklə baxırdım. Həqiqətən çox sevinirəm. Xalqımızın hər bir nümayəndəsi şəhidlərimizə dəyər verir. Şəhid ailəsi kimi, hamı qürür hissi keçirir.



Atam şəhid olmamışdan qabaq onu yalnız ailə üzvləri, silahdaşları, əsgərlər, zabitlər, dostları, qohumları tanıyırdı. Hazırda bütün Azərbaycan, türk dünyası onunla fəxr edir. Fəxr etməliyik də. Biz bu gün qələbə sevincini onlara borcluyuq. 1990-cı illərdən 2020-ci ilə qədər şəhid olanlara borcluyuq. Onların haqqı ödənməz. İgid vətən oğulları bizim üçün vuruşaraq öz canlarını vətənə fəda etdilər.

Mən demişəm ki, atamın yolunu dava etdirəcəm. Onun ruhu, cismi qarşısında sözüm var idi. Şəhid olduqdan sonra ruhu qarşısında da söz verdim ki, onun yolunu davam etdirəcəm.

Aytac ASLAN

 





21.11.2020    çap et  çap et