525.Az

“Üçtərəfli bəyanatı şübhə altına almaq cəhdləri uğurla nəticələnməyəcək”


 

“Üçtərəfli bəyanatı şübhə altına almaq cəhdləri uğurla nəticələnməyəcək”<b style="color:red"></b>

"Qarabağla bağlı üçtərəfli bəyanatı şübhə altına almaq cəhdləri var. Lakin fikrimcə ki, bu cəhdlər uğurla nəticələnməyəcək”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“İlk öncə, ona görə ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ probleminin həmsədrlərin hazırladığı prinsiplər əsasında həll edilməsini dəfələrlə bəyan ediblər. Həmin prinsiplər üçtərəfli birgə bəyanatın reallaşması ilə həyata keçirilir. İkincisi isə biz hər zaman bəyan etmişik, həmsədrlərin bu dəfə Moskvaya səfəri zamanı da bəyan etdik ki, təkcə bu münaqişəyə yox, bütün münaqişələrə, ilk növbədə insanların ölməməsi, qanlı müharibələrdə həlak olmasının qarşısını almaq, insanların dinc və sülh şəraitində yaşaması baxımından yanaşmaq lazımdır. Bunları əsas götürsək, o zaman üçtərəfli bəyanatı mənfi əsasda interpretasiya etməyə və ya şübhə altına heç bir səbəb gömürəm. Birinci yerə geosiyasi ambisiyaları qoysaq, onda biz burada heç nə edə bilmərik. Lakin biz bu cür cəhdləri kənara qoyub, bu regionda yaşayan xalqların maraqlarına cavab verən razılaşmaların reallaşmasına köklənəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 





21.11.2020    çap et  çap et