525.Az

"Google"dan ictimai nəqliyyatla bağlı daha bir yenilik


 

"Google"dan ictimai nəqliyyatla bağlı daha bir yenilik<b style="color:red"></b>

2019-cu ilin son günlərində ortaya çıxan koronavirus (COVİD-19) epidemiyası indi dünyanın bir nömrəli problemi olmağa davam edir. Demək olar ki, epidemiya ilə əlaqədar bütün dünyanın vərdişləri dəyişib.  Hətta bir çox şirkət yeni dönəmə uyğun irəliləyişlərlə bu dəyişimə ayaq uydurmağa çalışır.

525.az xəbər verir ki, həmin şirkətlərdən biri də ABŞ mərkəzli texnologiya şirkəti “Google”dır. 

Belə ki, şirkət xəritələr tətbiqetməsini pandemiya dövründə olduqca funksional hala gətirəcək şəkildə yeniləyib.

“TheNextWeb”də yer alan xəbərə əsasən, artıq "Google" xəritələr yeni xüsusiyyəti ilə ictimai nəqliyyat vasitələrindəki sıxlıq dərəcəsini göstərəcək.  Daha əvvəl oxşar bir xidmət tədqim edən tətbiqetmə son yeniləməsi ilə bu xüsusiyyətini real vaxt halına gətirib.

Başqa sözlə desək, keçmiş məlumatlara əsaslanaraq ictimai nəqliyyat vasitələrinin hansı vaxt aralıqlarında sıx olduğunu göstərən "google", indi  bu funksiyanı real zamanda istifadəçələrinə təqdim edə biləcək.

Qeyd edək ki, şirkət bunun üçün istifadəçi məlumatlarından faydalanacaq.

Aytac Aslan

 





23.11.2020    çap et  çap et