525.Az

Ermənilərdən daha bir saxtakarlıq: Qalaya xaç işarəsi vuruldu


 

Ermənilərdən daha bir saxtakarlıq: <b style="color:red">Qalaya xaç işarəsi vuruldu</b> Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib.

525.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

“Bu, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli Xan tərəfindən inşa edilən, bu yaxınlarda azad edilmiş Ağdamda yerləşən Şahbulaq qalasıdır.

Şahbulaq ən yaxşı memarlıq müdafiə nümunəsi kimi tanınıb. Erməni işğalı zamanı dəyişikliyə məruz qalıb, divara xaç işarəsi quraşdırıldı”, - deyə A.Kərimov qeyd edib.


 





23.11.2020    çap et  çap et