525.Az

Qubanın icra başçısına birinci müavin təyin olundu


 

Qubanın icra başçısına birinci müavin təyin olundu<b style="color:red"></b>

Quba Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

525.az "Report"a istinadən xəbər verir ki, Tariyel Daim oğlu İbrahimov Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib. Bu ilin oktyabrın 22-dən icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edirdi.

 





23.11.2020    çap et  çap et