525.Az

“Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”


 

“Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”<b style="color:red"></b>

Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 noyabr 2020-ci il tarixində təşkil etdiyi azad edilmiş Füzuli şəhərinə səfərində iştirak edib.

525.az xəbər verir ki, bu barədə Əlcəzairin Azərbaycandakı səfirliyindən APA-ya məlumat verilib. Səfirin dediyinə görə, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb.

“Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb”, - deyə əlcəzairli diplomat vurğulayıb.

 





23.11.2020    çap et  çap et