525.Az

"Ağdamın Qafqazın Dubayına çevrilmək potensialı yaranacaq"


 

"Ağdamın  Qafqazın Dubayına çevrilmək potensialı yaranacaq"<b style="color:red"></b>

"İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da Agdam bu rayonların içində xüsusilə seçiləçəkdir. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomativ rolunu oynaya biləcək potensiala malikdir".

Bu fikirləri 525-ə açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, birinci qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da  böyük zərər vuruldu. Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir:
 
"Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki, orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifləşdirsək birinci növbədə buranın kənd təsərrüfatı üçün movcud potensialını qeyd etməliyik.

Belə ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və diğər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir.  Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır. Eyni zamanda torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır.  Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının da bu istiqamətə  yönəldilmə imkanlarının da olması da bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdam əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacagıq".

E.Əmirov bildirib ki, kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi tövhəni unutmaq olmaz:
 
"Agdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün pos-sovet ərazisində məhşur idi. Niyə də o nastolji dad yenidən qayıtmasın? Yeni şərad zavodlarının inşası uzun illər əvvəlin tanınmış bir brendinin geri dönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki,  Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid "Vitis Vinifera" üzüm növünə  mənsub tumlar aşkar edilmişdir. Bu faktları ona görə vürğuladım ki, bu faktlar Ağdamda şərabçılığın sürətli inkişafında  böyük marketinq işinin qurulmasına xüsusi imkan deməkdir.
 
Ağdam iqtisadiyyatının hərəkət verici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialıdır. Bu rayonun yerləşdiyi cografi mövqe və oranın insanlarının ticarət sahəsində özünə məxsus bacarıqlarının olması bu potensialı daha da artırır. Növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonası bu rayon ərazisində  yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlədindən keçəcək. Bu isə həmin ticarət zonasının  Cənubi Qafqaz, Şimalı Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcəkdir. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar.

Digər potensialı sahələri mineral xammal ehtiyatlarını, tikinti xammal ehtiyatlarını göstərmək olar. Belə ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var. Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür.  Bunlarda imkan verir ki, bu ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın.  Bu müəssisələr isə həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək".

İqtisadçı ekspert vurğulayıb ki, iqtisadı potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. 
 

 





24.11.2020    çap et  çap et