525.Az

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi


 

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi<b style="color:red"></b>

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

525.az “Report”a istinadən xəbər verir ki, o, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.

Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib.

Xatırladaq ki, ötən gün Ermənistan müdafiə nazirinin digər müavini Qabriel Balayan vəzifəsindən azad edilib.

 





24.11.2020    çap et  çap et