525.Az

Daha 3646 nəfərdə koronavirus aşkarlandı: 1259 sağalan, 34 ölən var


 

Daha 3646 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">1259 sağalan, 34 ölən var</b>

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

525.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98.927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 65.734 nəfər müalicə olunaraq sağalıb, 1194 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.999 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14.358, ötən müddət ərzində isə ümumilikdə 1.631.597 test aparılıb.

 





24.11.2020    çap et  çap et