525.Az

“AzerGold” QSC-nin nizamnamə kapitalı artırıldı


 

“AzerGold” QSC-nin nizamnamə kapitalı artırıldı<b style="color:red"></b>

Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

525.az-ın məlumatına görə, qərara əsasən,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyə qədər “AzerGold” QSC-nin  nizamnamə kapitalı nominal dəyəri 18  manat 50  qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq.

 





24.11.2020    çap et  çap et