525.Az

Gürcüstan mətbuatı Prezidentinin Ağdama səfərindən yazır


 

Gürcüstan mətbuatı Prezidentinin Ağdama səfərindən yazır<b style="color:red"></b>

Gürcüstanın “report.ge”, “gaxa.ge”, “24news.ge” informasiya portalları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərindən yazıblar.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin və birinci xanımın səfəri barədə məlumat verilib, Müzəffər Ali Baş Komandanın çıxışlarından sitatlar gətirilib.

İnformasiyalarda Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladığı bildirilib, eləcə də Azərbaycandakı bütün dini abidələrin qorunması və bərpası ilə bağlı fikirləri geniş yer alıb.

 





24.11.2020    çap et  çap et