525.Az

Nobel mükafatçısı üç yaşlı Xədicəyə yardımçı oldu


 

Nobel mükafatçısı üç yaşlı Xədicəyə yardımçı oldu<b style="color:red"></b>

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim, kimya üzrə Nobel mükafatının laureatı Əziz Səncər Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

525.az xəbər verir ki, Əziz Səncər həmçinin,  mətbuatda balaca Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş  uşaqların yüksək səviyyədə təhsil almaları üçün xüsusi təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini də  vurğulayıb.

Oktyabrın 17-də gecəyarı xain düşmən tərəfindən törədilən terror aktı zamanı onlarla dinc vətəndaşlarımızla birgə Xədicənin bütün ailəsi - hər iki valideyni və böyük bacısı həyatlarını itiriblər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Gəncəni ümumilikdə 5 dəfə raket atəşinə tutub. Nəticədə 26 nəfər dinc sakin həlak olub, 120 nəfərdən çox şəxs yaralanıb.

Gəncədə erməni terror aktları nəticəsində zərər görən ailələrə yardım aksiyaları da davam etdirilir.  Bu günlərdə şəhər İcra Hakimiyyətinin, Gəncədən seçilmiş millət vəkillərinin təşəbbüsü və  müxtəlif iş adamlarının dəstəyi ilə həyata keçirilən növbəti yardım paketləri çərçivəsində həmin ailələrə isti geyimlər də daxil olmaqla, ilkin ehtiyac əşyaları təqdim olunub.

Zakir MURADOV
Gəncə

Aziz Sancar: Yanlış arkadaş seçtim, onlar da beni tıbba götürdü - Kampüs  Haberleri

 





24.11.2020    çap et  çap et