525.Az

Yaşasın Azərbaycanın Rəşadətli Ordusu - Şeir


 

Yaşasın Azərbaycanın Rəşadətli Ordusu - <b style="color:red">Şeir</b>

Yeni tarix yazılır, unut dərdi kədəri
Qəhrəman igidlərin gətirir zəfərləri
Ali Baş Komandanın yenilməz əsgərləri
Gözlərində zərrə də yoxdur ölüm qorxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Tarix boyu vandallar taladılar, çapdılar
Günahsız insanların qanlarına batdılar
Özgənin torpağında yeyib, içib yatdılar
Daha yata bilməzlər ərşə çıxdı yuxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Döyüşdə məğlub olan düşmən qaçır gizlənir
Gizləndiyi bölgələr sputnikdən izlənir
Torpaqlar qarış-qarış çirkabdan təmizlənir
Məhv olur texnikalar, yanır düşmən korpusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Biz birlikdə güclüyük, bağlıyıq bu torpağa
Qovulur ermənilər son qoyulur tapdağa
Gözləməyin ki bir də düşmən qalxsın ayağa
Elə zərbə aldı ki düşünmürəm doğrusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Başladı mübarizə dəstək gəldi qardaşdan
İki dövlət, tək millət, daşıyırlar eyni qan
Necə gözəl səslənir Türkiyə-Azərbaycan
Bu möhtəşəm birliyə inanmırdı çoxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Azad olan torpaqda şəhidimin qanı var
Ayaqdadır millətim bu milləti kim tutar
Bir cəbhədə birləşib, müxalifət, iqtidar
Orduya dəstək verir kasıbı, milyonçusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Uzun illərdən sonra gəldi  zəfər çağımız
Özümüzə qayıtdı müqəddəs  torpağımız
Dalgalandı Şuşada üçrəngli  bayrağımız
Allahım gerçək oldu milyonların arzusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!

Ü.Məmmədov
Bakı şəhəri, 2020

 





24.11.2020    çap et  çap et