525.Az

Bolqarıstandakı Azərbaycan diasporu İlham Əliyevi təbrik etdi


 

Bolqarıstandakı Azərbaycan diasporu İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən 525.az-a verilən məlumata görə, məktubda Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla Azərbaycan dövləti və xalqı təbrik olunur.

Qeyd olunur ki, Bolqarıstanda yaşayan azərbaycanlılar bütün dünya azərbaycanlıları kimi çox qürurlu və  olduqca məğrurdur. Ali Baş Komandan ordusu xalq olan Azərbaycan yaratmış və bu iftixar Prezidentin əsəridir. Böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz bu şanlı Qələbə bütün dünyaya Ali Baş Komandan olaraq cənab Prezidentin möhkəm iradəsini, Azərbaycan xalqının həmrəylik ruhunu və Azərbaycan Ordusunun döyüş əzmini, eləcə də potensial və bacarığını sübut edib.

Ali Baş komandan İlham Əliyevin səyləri nəticəsində öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu öz peşəkarlığı və əzmkarlığı ilə Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib. Qeyd olunur ki, bu Qələbəni xalqımıza yaşadan Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə təşəkkür borc bilinir!

Sonda Bolqarıstandakı azərbaycanlılar qəlbi daim doğma Azərbaycanımızla döyünən vətəndaş və soydaşlar olaraq Ali Baş Komandana ən xoş diləklərini ifadə edib, doğma vətənimizin və milli dövlətçiliyimizin tərəqqisi naminə göstərilən çətin və şərəfli xidmətdə cənab Prezidentə daha böyük nailiyyətlər və əvəzolunmaz müvəffəqiyyətlər arzu ediblər.

 





25.11.2020    çap et  çap et