525.Az

Salam, əsgər! - Şeir


 

Salam, əsgər! - <b style="color:red">Şeir </b>

8 noyabr 2020-ci ildə qalib ordumuzun igid döyüşçüsü gözəlim Şuşa şəhərindəki keçmiş rayon partiya komitəsinin dördmərtəbəli binasının zirvəsində şanlı Azərbaycan Bayrağını dalğalandırdı, sonra həmin uca Bayrağı, Ali Baş Komandan cənab İlham Əliyevi, bütün Azərbaycan xalqını hərbi qaydada salamladı.

Bu şeiri həmin cəsur əsgərə həsr edirəm və Müdafiə Nazirliyindən rica edirəm ki, bu əsgərin adını və soyadını bəyan etsin ki, Vətən öz qalib əsgərini yaxından tanısın.

Salam əsgər!
          Qələbəmiz mübarək!
Sevindirdin sevdiyimiz Şuşanı.
İnanırdıq, bu qələbə gələcək!
Quldurların izi-tozu yox, hanı...

       Zülmətləri əllərinlə yazan - sən.
          Zibil kimi süpürmüsən hayları...
       Sən - Günəşi bu dağlara gətirən,
          Sən dəyişdin fəsilləri, ayları!

Ürəyində Vətən eşqi çağlayar,
Nə bəxtəvər, nə münəvvər oğulsan!
Bu vəhşilər öz gününə ağlayar
Sən gerçək bir əfsanəsən, nağılsan!

       Bu haylara, bu nanəcib kəslərə
          Torpağında yer verməyib Yer üzü...
       Biz də qovduq kəsilincə səsləri,
       Birdəfəlik getdi şeytan sürüsü...

Qalib əsgər!
          Zəfərlərin nə gözəl!
Allah özü rəva bildi bu günü!
Xainlərin qismətidir bu əcəl
Dünya gördü Sərkərdəmin hökmünü!

        Qəzəbindən coşdu-daşdı bax, yenə
           Bu torpağın hər oğulu, hər qızı. 
      Yer büründü bayrağımın rənginə
     Səmaya bax: gömgöy, yaşıl, qırmızı...

Haqqımız var qalib kimi yaşayaq
Doğma ellər üzümüzə güləcək!
Canım əsgər!
        Gözün aydın! Şuşaya,
Qarabağa Heydər günü gələcək!!!

Şüvəlan
18 noyabr 2020-ci il, Qələbə Bayramı günləri.

 





25.11.2020    çap et  çap et