525.Az

Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edildi


 

Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edildi<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

525.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

 





26.11.2020    çap et  çap et