525.Az

Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər


 

Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi görüşüblər.

525.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri “Twitter”də bildirib.

“İkitərəfli əlaqələrimiz, eyni zamanda Azərbaycanla münasibətlərimiz və Dağlıq Qarabağla bağlı son vəziyyət barədə fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat qeyd edib.

 





26.11.2020    çap et  çap et