525.Az

Xocalıda itkin düşən Vaqif və Bəsirə Məhərrəmovlarla bağlı videoçarx - Video


 

Xocalıda itkin düşən Vaqif və Bəsirə Məhərrəmovlarla bağlı videoçarx - <b style="color:red">Video</b>

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.

İcmadan 525.az-a verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və onun həyat yoldaşı Bəsirə Məhərrəmovanın faciəli həyatından bəhs olunur.

“Bu şəxslərlə bağlı 28 ildir beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər cavabsız qalıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistandan 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatları tələb edirik”, - deyə qeyd olunub.

 





26.11.2020    çap et  çap et