525.Az

Dədə Şəmşir haqqında yeni kitab


 

Dədə Şəmşir haqqında yeni kitab<b style="color:red"></b>

Kəlbəcərin işğaldan azad olunması ərəfəsində bu torpağın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri, Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Dədə Şəmşirə həsr olunmuş yeni kitab işıq üzü görüb.

525.az xəbər verir ki, kitabda XX əsr Azərbaycanın aşıq sənətinin görkəmli simalarından biri, Ulu öndər Heydər Əliyevin də dediyi kimi, "qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində böyük əməyi olan" Aşıq Şəmşirin poetik yaradıcılığından seçmələr - onun hikmətli kəlamları toplanıb.

Kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir.

Müəllif yeni kitabının həm də Kəlbəcərin işğaldan azad edilməsi zamanında kəlbəcərlilərə töhfə olduğunu deyir.

 





26.11.2020    çap et  çap et