525.Az

Misir portalı Xankəndi haqqında material yayıb


 

Misir portalı Xankəndi haqqında material yayıb<b style="color:red"></b>

Misirin "Nile1" informasiya portalı Dövlət Tərcümə Mərkəzinin "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarxını öz oxucularına təqdim edib.

525.az xəbər verir ki, portalın baş redaktoru Mahmud Diabın müəllifliyi ilə Xankəndinin tarixi haqqında geniş mətn də dərc edilib.

Mətndə qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı məkrli erməniləşdirmə siyasətindən bəhs olunur.

Sonda qeyd edilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

 





26.11.2020    çap et  çap et