525.Az

Əməkdar artist vəfat etdi


 

Əməkdar artist vəfat etdi<b style="color:red"></b>

Azərbaycanın əməkdar artisti, aktyor İbrahim Əliyev (Əlizadə) vəfat edib.

Bu barədə 525.az-a aktyorun oğlu Elçin Əliyev məlumat verib.

İ. Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti müəllimi olub.

Qeyd edək ki, İbrahim Əsgər oğlu Əliyev 1949-cu il iyul ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Müxtəlif tamaşalarda, o cümlədən “Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film" (2003), “Əmək və qızılgül" (1962), “Güllələnmə təxirə salınır!” (2002), “Qətl günü” (1990), “Yazıçı” (2013) filmlərində çəkilib.

Allah rəhmət eləsin!

 





26.11.2020    çap et  çap et