525.Az

Əsrin vəhşi qəbiləsi - Əkrəm Bəydəmirlinin yazısı


 

Əsrin vəhşi qəbiləsi - <b style="color:red">Əkrəm Bəydəmirlinin yazısı </b>

Dünyada baş verən bu qədər elmi, mədəni dəyişiklər, çox sürətli  texniki inqilabi yeniliklər bu qəbiləyə təsirsiz ötüşüb.

Həmin qəbilənin həyat prinsipləri quldarlıq dövrü ilə oxşarlıq təşkil etməsi  təsdiqini tapmaqdadır. Mən heç bir xalqı, toplumu aşağılamaq fikrində deyiləm. Ancaq fakt faktlığında qalır. Təbii ki, söhbət özlərini erməni adlandıran haylardan gedir. Cahanın heç bir yerində, hətta Afrika cəngəlliklərində də belə xalqlara rast gəlmək mümkün deyil. Lakin bizim qonşuluğumuza  belələri gəlib çıxıb. XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında belə etnosun məskunlaşması tarixin acı reallığıdır

İşğaldan azad olunmuş  şəhərlərimizi, kəndlərimizi elə bir vəziyyətdə görəndə vicdanı olan hər bir bəşər övladı dəhşətə gəlir. Gerçəkdən ermənilərin dünyada analoqu yoxdur. İşğal etdikləri ərazilərdə  bütün gözlə görünən hər bir tikiliyə, yaşayış evlərinə, ətraf aləmə qarşı belə amansız münasibət insanlıq adına ləkədir. Müasir dünyanın insanından, ölkəsindən belə bir vəhşi davranış gözləmək mümkünsüz idi.

İnsan hüquqlarına, onların şəxsi mülkiyyətinə həssaslıqla yanaşan beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu vəhşiliklərə necə seyrçi qala bilər?

Media vasitəsilə regionda baş verən hadisələrlə bağlı dölğun məlumatlar  əldə etdikdən, həmin ərazilərin ən azından video görüntülərini görəndən sonra erməni vəhşiliyinə etinasız qalan insanlar, cəmiyyətlər varsa, onun  adı   şarlatanlıq və yaxud  nadan şəkildə xristian təəssübkeşliyi olacaq. Bu, bəlkə də yumşaq yanaşmadır. Digər tərəfdən bu etinasızlığın arxasında dünyanın bəzi qüvvələrinin hiyləgər maraqları və ermənilərin məkrli siyasətinin durduğu qənaəti də təsdiqlənəcək.

Müharibədə itkilərin, dağıntıların olması təbii haldır. Lakin  dinc insanların yaşadığı şəhərləri, müxtəlif yaşayış yerlərini, müqəddəs məkanları tamamilə söküb dağıtmaq, yer üzündən silmək heç bir əxlaqi dəyərlərə, bəşəri prinsiplərə uyğun deyil. Belə ağır cinayətlərdə suçlanan ermənilərə qarşı loyal münasibətlər davam edəcəksə, o zaman beynəlxalq hüquq  öz mahiyyətini  tamamilə itirmiş olacaq. Ümid edək ki, beynəlxalq hüquq sistemi erməni maraqlarına deyil, ədalət prinsiplərinə  sadiqliyini nümayiş etdirəcək. Təbii ki, bütün hallarda biz haqlı mübarizəmizi davam etdirməliyik.

Təəssüflə qeyd etmək istərdim ki, ermənilər hər zaman  bir sıra beynəlxalq konvensiyaların, o cümlədən, Haaqa Konvensiyasının, müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistan dövləti məsuliyyət daşıyır və cəzalanmalıdır.

Nəhayət, qələbəmizi möhkəmləndirmək və  ermənilərin bu məkrli siyasətini dünyaya çatdırmaq üçün biz nə etməliyik?  Bu gün bizi düşündürən bu qələbəmizi  necə  möhkəmləndirməkdir. Tarixi ədalətin bütün dünya tərəfindən geosiyasi proseslər nəzərə alınaraq qəbul edilməsinə necə nail olmaq əsas hədəflər sırasındadır. Təbii ki,  işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına məcburi köçkünlərin böyük qayıdışı prosesi dövlətimiz tərəfindən ən yüksək səviyyədə həllini tapacaq. Artıq bir sıra sahələrdə bu prosesə start verilib.

Onu da qeyd etmək istərdim ki, informasiya müharibəsi yeni fazaya keçir. Yəqin ki,  bundan sonra informasiya müharibəsi intellektual müstəvidə daha da genişlənəcək. Zamanın çağırışlarına uyğun yeni metodologiyaların tətbiqinə ehtiyac var. Bəzi əski təbliğat  üsullarını korrektə edib dünyanı inandırmaq, Azərbaycanla bağlı həqiqətləri  geniş  auditoriyaya çatdırmaq üçün  çox mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik. Azərbaycanın apardığı  haqlı mübarizəyə  dünyada  ədalətli, prinsipial bir yanaşmanın  dərinləşməsi üçün informasiya müharibəsinin rolu böyük olacaq.

Qaldı ki, gələcəkdə  belə qonşularla sülh şəraitində  necə yaşamaq mümkün olacaq sualı açıq qalır. Təəssüf  ki, sülh,  dostluq, normal qonşuluq münasibətləri sözləri bu gün  ermənilər  haqqında  əks mənalı fikir kimi səslənir. Tarixi proseslərə nəzər salsaq görərik ki,  erməni düşüncəsi,  nifrəti, insanlıqdan kənar hərəkətləri dəyişmir.  Məqamı yetişən kimi onlar yenə öz xislətlərinə uyğun addımlarını atırlar. Burada yalnız zaman və məkan fərqi var. Görünür, Ümumdünya Səhiyyə Təşkilatı erməni xəstəliyini müalicə etmək məqsədilə yeni peyvəndlər tapmalıdır.

 





26.11.2020    çap et  çap et