525.Az

Hulusi Akar Fransa Senatının bəyanatını pislədi


 

Hulusi Akar Fransa Senatının bəyanatını pislədi<b style="color:red"></b>

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.

 





26.11.2020    çap et  çap et