525.Az

"Keşikçi" - Barat Vüsaldan iki şeir


 

"Keşikçi" - <b style="color:red">Barat Vüsaldan iki şeir </b>

KEŞİKÇİ

Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr içində ən parlaq qələbədir!
İlham Əliyev

Kişi-kişiliyi yaşadar canda,
Tarixdə kişilər qəhrəman olur.
Ocağın başında kişi duranda,
Torpağı qorumaq çox asan olur!

Müəllif

Cənab Ali Baş komandan, öndə olum,
İcazə ver, qoy əsgərin mən də olum.
Vətən deyən, Allah deyən bəndə olum,
Daim Haqqa, Ədalətə keşik çəkim,
Qazandığın məhəbbətə keşik çəkim!

Müzəffərdir, qurban olsun canım mərdə,
Allah onu bərk saxlasın qoy nəzərdə!
İcazə ver, azad olmuş kənd-şəhərdə.
Qaldırdığın bayrağına keşik çəkim,
Azad olmuş torpağıma keşik çəkim!

Görən deyir, bax, Komandan belə olar,
Komandan şah, şah Komandan belə olar.
Millətinə baxt Komandan belə olar.
Sənin kimi Ərən-Ərə keşik çəkim,
Yazılıbsa adın hara... keşik çəkim!

Axıb Araz nə deyir gör: yaşa, Paşam!
Mən sayəndə öz-özümlə başa-başam!
Xudafərin körpüsünün üstə düşən,
Sənin ayaq izinə qoy keşik çəkim,
Özüm dönüm gözünə qoy, keşik çəkim!

Alovlandı, yandı yenə od-ocağım,
Keçmiş olsun çəkdiklərin, a torpağım!
Şükür olsun, azad oldu Qarabağım,
Yurdun məscid-minarəsi... keşik çəkim,
Ucaldıqca Azan səsi, keşik çəkim!

Gözəlliyim gözə gəlmiş şəklindədir,
Gözəlliklər əslimdədir, kökümdədir.
Aman Allah, qəbristanlar nə gündədir,
Dağıdılmış məzarlara keşik çəkim,
Yerlə-yeksan əzalara keşik çəkim!

O oğulmu, Vətəninə baş əyməsin?
Hər kimin ki, qeyrəti yox, yaşamasın!
Bir əsgərin ayağına daş dəyməsin,
Onların hər birisinə keşik çəkim,
Azərbaycan Ordusuna keşik çəkim!

Şah İsmayıl Xətaisən, nəsən kişi,
Təzə Zəfər tarixini yazan kişi!
Qüdrətinə əhsən olsun, əhsən, kişi!
Min yaşasın Azərbaycan, keşik çəkim,
Məni də öz arxanda san, keşik çəkim!

Babaların torpağı san yaşayasan,
Belə deyir tarix, zaman, yaşayasan.
Yaşadıqca Azərbaycan, yaşayasan,
Qoy o dəmir yumruğuna keşik çəkim,
Eşq olsun, eşq, yurd oğluna, keşik çəkim!

YALLI

Gözlərimdə Koroğludur,
Mustafa bəy, Kürdoğludur.
Bu Vətənin bir oğludur,
Qələbə çalan oğullar,
Şuşanı alan oğullar!

Atillatək qırmancdılar,
Qayalara dırmaşdılar.
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!

Əzizdi Torpaqdan ötrü,
Doğma od-ocaqdan ötrü.
Şuşanı almaqdan ötrü,
Anadan olan oğullar,
Şuşanı alan oğullar!

Çaxıb şişməyə döndülər,
Çıxıb çiçəyə döndülər,
Axır Şuşaya döndülər,
Ölməyib... ölən oğullar,
Şuşanı alan oğullar!

Qüvvət alıb nərəsindən,
Gah Daşaltı dərəsindən,
Gah Kirs dağın zirvəsindən,
Deyirəm: salam, oğullar,
Şuşanı alan oğullar!

Mizan yox, bu Mizan təki,
Ehsan yox, bu Ehsan təki,
Ay özləri  Əzan çəkib,
Namazı qılan oğullar,
Şuşanı alan oğullar!

Bu Vətənə qulluq edin,
Yurdu oba-elli edin.
Haqqınızdı, "Yallı" gedin,
"Cıdır düzü"ndə o ki, var,
Şuşanı alan oğullar!

 





26.11.2020    çap et  çap et