525.Az

Simptomsuz təmaslılardan koronavirus testi götürülməsinə müvəqqəti məhdudiyyət


 

Simptomsuz təmaslılardan koronavirus testi götürülməsinə müvəqqəti məhdudiyyət<b style="color:red"></b>

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

TƏBİB-dən 525.az-a bildirilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

 





26.11.2020    çap et  çap et