525.Az

BERNAMA agentliyi İlham Əliyevin xalqa son müraciətini işıqlandırdı


 

BERNAMA agentliyi İlham Əliyevin xalqa son müraciətini işıqlandırdı<b style="color:red"></b>

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən bəzi məqamları yayıb.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev: Azərbaycan azad edilmiş bütün əraziləri bərpa edəcək, dirçəldəcək” adlı məlumatda dövlətimizin başçısının Azərbaycanın qədim torpağı olan Kəlbəcərin 28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bunun səbəbləri, ermənilərin bu ərazidə zəngin təbii sərvətləri talaması, dövlətimiz tərəfindən Qafqaz Albaniyasına məxsus kilsələrin və məscidlərimizin qoruması, düşmənin isə müsəlman məbədlərində donuz və mal-qara saxlaması, ölkəmizin Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya və siyasət sahələrində qələbə qazanması barədə fikirləri yer alıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Kəlbəcərin və işğaldan azad edilmiş digər rayonların yenidən qurulacağını, bu torpaqlarda inkişaf və tərəqqiyə nail olunacağını da vurğulayıb.

Məlumatda vurğulanıb ki, Azərbaycan dövlətinin başçısı Ordumuzun düşməni məğlubiyyətə uğratmaqla yanaşı, həm də erməni faşizmini darmadağın etdiyini söyləyib.

 





26.11.2020    çap et  çap et