525.Az

Ceyms Şarp AİH-in yaradılmasını təqdirəlayiq adlandırdı


 

Ceyms Şarp  AİH-in yaradılmasını təqdirəlayiq adlandırdı<b style="color:red"></b>

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə səfirin özü "Twitter" səhifəsində bildirib.

"Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovla görüşdüm. AİH-in yaradılması təqdirəlayiqdir. Yeni quruma fəaliyyətində uğurlar arzu edirəm", - deyə səfirin paylaşımında qeyd olunub.

 





26.11.2020    çap et  çap et