525.Az

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləmədi


 

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləmədi<b style="color:red"></b>

Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bird aha xatırladıb – Fransa özünü elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

 





27.11.2020    çap et  çap et