525.Az

"Yaralı sakitləşmirdi, deyirdi ki, Şuşanı görə bilmədim" - Videoreportaj


 

"Yaralı sakitləşmirdi, deyirdi ki, Şuşanı görə bilmədim" - <b style="color:red">Videoreportaj </b>

İkinci Vətən Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdığı vaxtdan bu günə qədər döyüşdə qəhrəmanlıq göstərən qazilərimizin dilindən həm özləri, həm də şəhid olan silahdaşları haqqında bir-birindən qürurverici xatirələr eşidirik. Bu döyüş xatirələri bir daha sübut edir ki, Azərbaycan əsgəri öz qanı-canı bahasına, cəsarəti, mərdliyi naminə zəfərə nail olub.

Belə cəsarətli igidlərimizdən biri də, Daşaltı kəndində gedən döyüşlərdə zədələnən Xüsusi Təyinatlı Qüvvələrin hərbi həkimi Azər İntiqam oğlu Sahibidir. O, əlində silah, belində tibb çantası ilə həm döyüşüb, həm də yaralı əsgərlərimizin köməyinə çatıb.

525.az-ın müsahibi olan qazi bildirib ki, torpaqlarımızın müəyyən qisminin azad olunmasında iştirak etdiyim üçün özümü qürurlu sayıram:

“Çalışırdım ki, yardım göstərdiyim hərbçilərdən heç biri şəhid olmasın. Bir yaralı oldu, yardım edərkən sakitləşmirdi. Öz-özünə deyirdi ki, Şuşanı görə bilmədim, görə bilmədim”.

Qazimiz haqqında videoreportajın tam formasını təqdim edirik: 

Nadir Rzalı

 





27.11.2020    çap et  çap et