525.Az

“MDB ölkələri Rusiyanın koronavirus peyvəndini əldə edə biləcəklər”


 

“MDB ölkələri Rusiyanın koronavirus peyvəndini əldə edə biləcəklər”<b style="color:red"></b>

MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra birinci əldə edə biləcəklər.

525.az APA-ya istinadən xəbər verir kibu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında çıxışında bildirib.

“Rusiyada artıq “Sputnik V” və “Epivakkorona” yerli peyvəndləri qeydiyyatdan keçib. Üçüncü peyvənd də yoldadır. Qeyd etmək istəyirəm ki, Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra MDB-dən olan tərəfdaşlarımız Rusiya preparatını ala biləcək ilk ölkələr arasında olacaqlar. Hazırda peyvəndin istehsalının möhkəmləndirilməsi prosesi gedir”, - deyə V. Matviyenko vurğulayıb.

 





27.11.2020    çap et  çap et