525.Az

Daha 3712 nəfərdə koronavirus aşkarlandı: 1359 sağalan, 35 ölən var


 

Daha 3712 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">1359 sağalan, 35 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 109.813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69.931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib, aktiv xəstə sayı 38.591 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16.402, ötən müddət ərzində isə ümumilikdə 1.682.234 test aparılıb.

 





27.11.2020    çap et  çap et