525.Az

"İslam İnkişaf Bankı Azərbaycana 1 milyarda yaxın vəsait ayırıb"


 

"İslam İnkişaf Bankı Azərbaycana 1 milyarda yaxın vəsait ayırıb" <b style="color:red"></b>

“Bu ilin 10 ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 faiz təşkil edib”.

Azərbaycan İqtisadiyyat Nazirliyindən 525.az-a verilən məlumata görə, bunu İqtisadiyyat nazir Mikayıl Cabbarov noyabrın 25-də COMCEC-in 36-cı sessiyasının onlayn açılış mərasimində çıxış edərkən bildirib. Nazir ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.

M.Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan COMCEC-in COVİD-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Nazir əlavə edib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən Azərbaycanda müxtəlif sahələrə 1 mlrd. ABŞ dollaradək maliyyə vəsaiti ayrılıb.

Naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

 





27.11.2020    çap et  çap et