525.Az

Uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi tapşırılıb


 

Uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi tapşırılıb<b style="color:red"></b>

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-2022-ci illərdə xüsusi vəziyyətlərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlərin müəyyən olunması tapşırığı verilib.

525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyə Planına əsasən, həmin qurumlar 2021-2022-ci illərdə fövqəladə hallarda, pandemiya və bu kimi  xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmləri müəyyənləşdirəcək.

 





27.11.2020    çap et  çap et