525.Az

Uşaq qidalarının təhlükəsizliyinə nəzarət gücləndiriləcək


 

Uşaq qidalarının təhlükəsizliyinə nəzarət gücləndiriləcək<b style="color:red"></b>

2020–2025-ci illərdə uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək.

525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etmək tövsiyə edilir.

 





27.11.2020    çap et  çap et