525.Az

Uşaqlara qarşı zorakılıqla bağlı dair normativ hüquqi aktlar təkmilləşdiriləcək


 

Uşaqlara qarşı zorakılıqla bağlı dair normativ hüquqi aktlar təkmilləşdiriləcək<b style="color:red"></b>

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-2025-ci illərdə sosial həyatın bütün sahələrində (ailə, təhsil,  idman, mədəniyyət və s.) uşaqlara qarşı zorakılığın qadağan olunmasına dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq.

525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, həmçinin Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi 2022-2024-cü illərdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı normativ hüquqi aktların beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq.

 





27.11.2020    çap et  çap et